A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Vaqif Musa

Vaqif Musa – nasir, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1964).

Vaqif Məmmədyusif oğlu Musayev 1936-cı ilin yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). İlk hekayəsi –“Kişi, qadın və qız” 1965-ci ildə “Azərbaycan” jurnalında çap olunub. Əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamışdır (1965-1976).

1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi”, və s.) müəllifidir.

1996-cı il oktyabrın 24-də vəfat etmiş, Rustov kəndində dəfn edilmişdir.

İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment