A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Vahid Əhmədov

Vahid Əhmədov

Vahid Əhmədov - Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III, IV və V çağırış millət vəkili. 

Vahid Qazməmməd oğlu Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 

1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.

1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.

1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur.

1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.

Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədi ilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli, 694 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənmişdir. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli, 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü il tarixində Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq vermişdir.

1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 2 dəfə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. 30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş İqtisadi siyasət komissiyasına üzv təsdiq edilmişdir.

Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur.

33 yaşında ailə həyatı qurmuşdur. İki övladı - 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.

İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment